Milli Şura Şəhidlər Xiyabanında 20 yanvar şəhidlərini ziyarәt edib. Ziyarәt zamanı hakimiyyәt tәxribat törәdib. Milli Şura üzv vә tәrәfdarlarının qarşısını polis kordonu ilә kәsib, ziyarәtә saatlarla mane olub. Ziyarәtә gәlınlәr bunu sәrt etirazla qarşılayıb, dayanmadan “Şәhidlәr ölmәz, vәtәn bölünmәz” şüarı sәslәndirәrәk etirazını ifadә edib. AXCP sәdri Әli Kәrimli hakimiyyәti bu tәxribata görә kәskin şәkildә tәnqid edib. Sonda hakimiyyәt geri çәkilmәli olub vә Milli Şuranın ziyarәti baş tutub.
Milli Şuranın 20 yanvar ziyarəti zamanı polisin qarşıdurma yaratmaq cəhdi.Baxın, görün nә qәdәr anti-milli hakimiyyәtdir ki, şәhidlәri ziyarәtә gәlmiş minlәrlә insanın qarşısını polis kordonu ilә kәsib. Baxın ki, xalq necә etiraz edir.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 20 januari 2018
Nifrәtlә, kinlә heç nәyә nail ola bilmәdilәr. Bütün maneәlәri aşdıq vә şәhidlәrimizi ziyarәt edirik.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 20 januari 2018
Rejim Milli Şuranın 20 Yanvar şәhidlәrini ziyarәt etmәsinin qarşısını almağa çalışır. Yolları polis kordonu ilә kәsiblәr. Yolu yalnız Milli Şura üçün kəsiblər, digər ziyarətçilər buraxılır. Hakimiyyət sübut edir ki, 90-cı il 20 yanvarda teleqram vurub Sovet qoşunlarını Bakıya dəvət edənlərin varisidir.
Publicerat av Ali Karimli (Əli Kərimli) den 20 januari 2018
Oxunub: 2344