Birləşmiş Ştatlar 12 yanvarda azərbaycanlı jurnalist Əfqan Muxtarlının 6 il həbsə məhkum edilməsindən narahatdır.
Jurnalist olaraq təqib qorxusundan cənab Muxtarlı 2 il öncə Azərbaycandan Gürcüstana üz tutmuşdu.
2017-ci il, 30 mayda, cənab Muxtarlının xanımına və vəkilinə dediklərinə görə, o, Tbilisidəki evi yaxlınlığında oğurlanaraq, döyülüb, gözləri qapadılıb və üç ayrı-ayrı maşında Azərbaycanla sərhəd-keçid məntəqəsinə gətirilib. Orada onun ciblərinə 10,000 avro məbləğində pul soxuşdurulub. Daha sonra cənab Muxtarlı Azərbaycanda qaçaqmalçılıq və başqa ittihamlarla həbs olunub.
İnsan haqları təşkilatları bu ittihamların siyasi motivli olduğunu hesab edir. Cənab Muxtarlı ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.
Yerli və beynəlxalq insan haqları müdafiəçiləri cənab Muxtarlını siyasi məhbus kimi tanıyır. Onun həmkarları jurnalistin Azərbhaycanın ən yüksək hakimiyyət dairələrində korrupsiya barədə tənqidi yazılarına görə təqib olunduğunu hesab edir.
Prezident İlham Əliyevin hökuməti son illərdə mediada plüralizmi tamamilə məhv etmək üçün fəaliyyətə keçib.
Sərhədsiz Reportyorlar təşkilatının 2017-ci il Dünya Mətbuat Azadlığı indeksində Azərbaycan hazırda 180 ölkə arasında 162-ci yerdə qərar tutub. Təşkilat bildirir: “Prezident İlham Əliyevin hökuməti son illərdə mediada plüralizmi tamamilə məhv etmək üçün fəaliyyətə keçib. Bütün aparıcı media orqanları maliyyə baxımdan sıradan çıxarılıb, yaxud zorla qapadılıb. Ən azı 13 jurnalist və iki bloger hazırda peşə fəaliyyətləri üzündən həbsdədirlər.”
Dövlət Departamentinin sözçüsü Heather Nauert “Azərbaycan hökumətini cənab Muxtarlını və öz hüquqlarını ifadə etdiklərinə görə həbsə salınan bütün şəxsləri azad etməyə” çağırıb.
O, əlavə edib: “Biz Gürcüstanın adam oğurluğu ilə bağlı apardığı istintaqı yaxından izləyirik və bu istintaqın tam, şəffaf və vaxtlı şəkildə yerinə yetirilməsinə çağırışımızı təkrarlayırıq.”
Oxunub: 586