Ötən il ərzində Azərbaycanda piyadalar və sürücülərə yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələrin məbləği açıqlanıb.
Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatda bildirilib ki, həmin müddətdə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə 35 154 protokol, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə isə 581 656 protokol tərtib olunub, müvafiq olaraq 703,1 min manat və 29 milyon 506,5 min manat cərimə tətbiq olunub.
Oxunub: 152