Bu gün AXCP sədrinin müavini Gözəl xanım Bayramlının məhkəməsində iştirak edən Qazax rayonu Xanlıqlar kəndinin sakinləri Taleh və Tahir Mustafayevlər rayon icra hakimiyyətinin kənd üzrə nümayəndəliyinə çağırılıb. Özünü Ərəstun adı ilə təqdim edən şəxs telefonda gənclərin sabah nümayəndəlikdə olmalarının vacibliyini bildirib. Xanlıqlar (Musaköy) kəndinin sakinləri Mustafayevlər əmiuşağıdırlar və AXCP-yə yeni üzv olublar. Bu barədə xəbər verən AXCP Qazax şöbəsinin fəalı Tahir Çaylı gənclərin sənətkar-dülğər olduqlarını və bu gün Gözəl xanıma dəstək üçün məhkəmədə iştirak etdiklərini bildirib.
Xatırladaq ki, bundan əvvəl də AXCP sədri Əli Kərimli məlum məhkəmədən sonra Çaylı kəndində şöbə sədrinin evində qonaq olduğu üçün kənd icra nümayəndəsi işdən azad edilmiş, sonra yenidən işinə bərpa olunmuşdu.
azadliq.info
Oxunub: 612