Bakının Səbail rayonunda Bayıl yamacında baş verən yeni sürüşmədən sonra əhali ərazidən köçürülüb. Sakinlər yaxınlıqdakı 163 saylı məktəbdə yerləşdirilib. Jurnalistlərin evlərindən köçürülmüş sakinlərlə görüşünə icazə verilməsə də, Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov məktəbdə olub. Oradan çıxarkən bildirib ki, bu hadisə təbii fəlakətddir və hər bir dövrdə baş verir.
Əməkdaşımız ərazidə olarkən görülən işlərlə bağlı görüntülər əldə edib. Məlum olub ki, əraziyə kənar yerdən gətirilmiş torpaq əl arabaları ilə daşınaraq çatlar doldurulur. Əhali isə bunun effektli olmadığını düşünür.
Sakinlər bildirib ki, evlərin sənədləri olmasa da, amma heç də özbaşına tikilməyib.
İki gündür sürüşmə zonası hesab edilən yerə qaz və elektrik enerjisinin təcizatı da dayandırılıb. Bununla yanaşı Bayılda evlərindən köçürülməyən sakinlərə də qaz və işıq verilmir.
Sürüşmə ərazisindən hazırlanan reportajı təqdim edirik.
azadliq.info
Oxunub: 280