Naftalan şəhər sakini 82 yaşlı İbrahim Almuradov ona verilməli olan torpaq sahəsinə hələ də sahib olmamasından şikayətlənir. O, pozulmuş haqlarını hüquq müstəvisində davam etdirsə də nəticədən razı qalmayıb.
İbrahim Almuradov video-müraciətində üzləşdiyi şəxsi problemi ilə yanaşı Naftalan şəhərində baş verən qanunsuzluqlardan da söhbət açıb. Şəhərin icra başçısı Natiq Aslanov, eləcə də həmin ərazidən Milli Məclis üzvü Mahir Aslanovun (başçı ilə əmioğlu) Naftalan şəhərinin görməli yerlərində olan bütün ərazilərə sahibləndiklərini iddia edir. Həmçinin İcra Hakimiyyəti başçısın müavini Arzu Məmmədovun da bu məsələlərdə onlardan geri qalmadığını deyir.
Video-reportajı təqdim edirik.
azadliq.info
Oxunub: 236