“Cəzaçəkmə müəssisələrində işgəncə faktları barədə mənə məlumat verilib. Bu, məni narahat edir”.
Bunu mayın 7-də Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında Avropa Parlamentinin vitse-prezidenti Heydi Hautala deyib. O bildirib ki, fərqli düşüncəyə malik insanlara tolerantlıq yoxdursa, bu tolerantlıq yarımçıq olur:
“İlqar Məmmədovla bir həftə əvvəl görüşmüşdüm. Hüquq-müdafiə sahəsində çalışanların fəaliyyəti üçün çevik zəmin yaradılmalıdır. Xüsusən bizi Vəkillər Kollegiyasının fəaliyyəti, onun müstəqilliyi maraqlandırır. Bu sahədə tam nailiyyət əldə edilməyib, Ədliyyə Nazirliyinin bu sahəyə nüfuz etmək imkanı var”.