Nərimanov rayonu ərazisində Faiq Yusifov 40A ünvanında Gözdən Əlillər Cəmiyyətinə məxsus sahənin satılması narazılığa səbəb olub. Narazı əlillər bildirirlər ki, ərazi tikinti şirkətlərindən birinə satılanda orada tikiləcək binalardan əlillərə mənzillər veriləcəyi vəd olunub, amma bu vəd yerinə yetirilməyib.
“Cəmiyyətin sədri Səmyar Abdullayev səlahiyyət sahibi olmadan ərazini “Sevinc” MTK-yə satıb. Guya burdan gözdən əlillərə 75 mənzil veriləcəkdi. Amma “Nərimanov Ağ Evlər” proyekti artıq mənzilləri satışa çıxarılıb və mənzillər aidiyyatı olmayan insanlara satılıb. İndi də bu cür olacağı şübhəsizdir”,- deyə narazı əlillər bildirib.
Məsələyə “Nərimanov Ağ Evlər” proyektinin nümayəndələri münasibət bildirməyiblər.
Azadliq.info