İqtisadç-ekspert Rövşən Ağayev İran iqtisadiyyatı haqqında fb səhifəsində maraqlı məlumatlar paylaşıb.
Ölkə iqtisadiyyatında neft-qaz sənayesindən sonra 2-ci yerdə avtomobil sənayesi gəlir – ÜDM-nin təxminən 10%-ni formalaşdırır. Avtomobil sənayesi tarixən əsas etibarı ilə lisenziya ilə xarici markaların (Volvo, Peugeot, Reno, Kia) ölkə daxilində yığımı əsasında formalaşsa da, son illərdə yerli markalar da yaradılıb (İran Xodrou Samand, Saypa Tiba, İran Xodrou Runna). Amma hələ də hər il ölkə əhalisi tərəfindən alınan 1 mln. ədəd ətrafında minik avtomobilinin təxminən 70%-i xarici, 30%-i milli markaların payına düşür. Tibb sənayesinin iqtisadiyyatda mühüm rolu var və bu sənayenin illik ümumi dövriyyəsi 28 mlrd. dollara yaxın qiymətləndirilir. Ölkədə 400-ə yaxın tibbi araşdırma təşkilatı fəaliyyət göstərir. 90 dərman şirkəti mövcuddur, ölkənin dərman tələbatının 95%-i yerli istehsalla qarşılanır. İran hər il 1.5 mlrd. dollar ətrafında tibbi xidmət ixrac edir və bu xidmətlərdə əsas yeri orqan köçürməsi, göz və diş müalicəsi təşkil edir. Hər il müalicə üçün ölkəyə təxminən 200 min əcnəbi təşrif buyurur. Əsas tibbi xidmət idxalatçılarının ilk 5-liyinə Əfqanıstan, Azərbaycan, İrak, Birləşmiş Ərəb Əmirliyi və Oman daixildir. Dünya Səhiyyə təşkilatının reytinqində İran tibbi xidmət ixracının həcminə görə 6-cı sıradadı…