Qəzza sektorunun inzibati sərhədində fələstinlilərin “Geriqaytarma marşı” və Qüdsdə ABŞ səfirliyinin açılmasına qarşı etiraz aksiyaları keçirilir.
Məlumatlara görə, Qəzza bölgəsinin İsraillə inzibati sərhəd ərazisində, təqribən, 10 min fələstinli toplaşıb. Bəzi nümayişçilər hətta sərhəd maneələrini aşmağa çalışıb.
Etirazçılarla İsrail əsgərləri arasında toqquşma yaranıb, İsrail əsgərləri etirazçıları gülləyə tutub. Bu saata olan məlumatlara görə, toqquşma zamanı 52 nəfər həlak olub, 2400-dən çox yaralı var.