Şirvan şəhərindən sakini Quliyev Araz uzun illər Ukraynada yaşayıdığını bildirir. Orada Sirk direktoru olaraq beynəlxalq tədbirlər təşkil etdiyini deyir. Həmin işi öz ölkəsində davam etdirmək niyyəti ilə 2015-ci ildə Azərbaycana gəlir. Bu işə aidiyyatı olan vəzifə sahibləri ilə də görüşür. Ona burada “yer” olmadığı bildirilir.
Quliyev Araz həm də Qarabağ döyüşlərinin iştirakçısı olduğunu bildirir. Lakin bunu təsdiq edən sənədlər olsa da onları rəsmiləşdirə bilmədiyini deyir. Bütün bunlara görə depresiyaya düşdüyünü deyən Araz Quliyev öz evini yandırmağa da cəhd edib.
Redaksiyamıza müraciət edən Araz Quliyev yenidən Azərbaycanı tərk etmək məcburiyyətində qaldığını bildirib. Başına gətirilən hadisələri öz dilindən saytımızın izləyicilərinə təqdim edirik.
azadliq.info