AXCP sədri Əli Kərimli mayın 31-də Azərbaycana qısamüddətli səfər etmiş ABŞ dövlət katibi müavininin müşaviri Bricit Brinklə görüşüb. Bu barədə Ə.Kərimli feysbuk səhifəsində məlumat paylaşıb.
Məlumatda qeyd olunur ki, görüşdə ölkədəki vəziyyət hərtərəfli müzakirə edilib. O cümlədən, siyasi məhbus mövzusu, müxalifətə təzyiqlər, xüsusilə də AXCP-yə qarşı yeni repressiya dalğası müzakirə olunub.