İlham Hüseyn
Həqiqətən də dəhşətli reallıqdı. 25 ildir yalançı Qarabağ danışıqları gedir. Axırda da Günnütlə, Cocuq Mərcanlıyla bizə müjdə verirlər. Bu rüsvayçı məğlubiyyətin əvəzində Cocuq Mərcanlıyla, Cünnütlə öyünmək ayıb deyilmi? Düşmən ölkəmizin 20 faizini işğal edib, biz isə “lazım”ın Cocuq Mərcanlıya qədər irəliləməsini hökumətin uğurlu siyasəti kimi təqdim edirik. Bir neçə gündür növbəti düşük təbliğata start verilib. Guya Naxçıvanda döyüş olub, filan qədər ərazini ələ keçirmişik və.s
Bu xalqı bu qədər avam hesab edirlər. 25 illik yarıtmazlığı, qətiyyətsizliyi belə imitasiyalarla ört-basdır etmək mümkün deyil. Aprel döyüşlərində zəfərə doğru gedən ordunu Ermənistanın xahişi ilə durduran zehniyyət, heç bir uğur əldə edə bilməz.
Şuşanı, Laçını, Ağdamı unutdurub, əvəzində xalqa “Cocuq Mərcanlıyla, Cünnütlə təsəlli tap” mesajı verirlər. İndi aylarla bu “uğur”un təbliğatı aparılacaq, AzTv-də erməniləri gülləbaran edəcəklər.
Cənablar, belə düşük təbliğata qarnımız toxdur. Ölkənin 80 faizini işğal etmiş komanda, 20 faizlik işğala son qoya bilməz.
Bir suala cavab verin. Bundan sonra daha neçə il Cocuq Mərcanlıyla öyünəcəyik?