
Gürcüstanın BMT yanındakı daimi nümayəndəsi də təşkilatın baş katibini iki ölkə arasında diplomatik əlaqələrin dayandırıldığı barədə məlumatlandırıb.
Sənəddə bildirilir ki, Suriya rejimi 29 may 2018-ci il tarixində qanunsuz qərar qəbul edib və Rusiya Federasiyasının təzyiqi altında beynəlxalq hüququn fundamental norma və prinsiplərinə məhəl qoymayaraq qondarma Suxumi və Sxinvali rejimləri ilə diplomatik münasibətlər qurub.
Bununla əlaqədar olaraq, Gürcüstan tərəfi ölkə hökumətinin 31 may 2018-ci il tarixli qərarı əsasında “Gürcüstan Respublikası və Suriya Ərəb Respublikası arasında diplomatik münasibətlərə dair” sazişin fəaliyyətinə xitam verib.