Vəkil İradə Cavadovanı tanıyırsınızmı? İradə xanım Vəkillər Kollegiyası Rəyasət Heyətinin yeganə üzvü idi ki, tanınmış hәmkarı Yalçın İmanovun vəkillik fəaliyyətindən uzaqlaşdırılmasına etiraz etmişdi. 6 ay sonra özünü də vəkillikdən uzaqlaşdırdılar. Gözümüzün qarşısında vəkillik institutu məhv edilir. Əgər əvvəllər müstəqil vəkilləri tanınmış siyasi məhbusları müdafiə etdiyinə, məhbuslara verilən işgəncəni ictimailəşdirdiyinә görə vəkillikdən uzaqlaşdırırdılarsa, indi artıq öz həmkarını müdafiə etməyə cəsarət göstәrənləri də cəzalandırırlar. Standartları aşağı sala-sala gedirlər. Əziz həmvətənlər, vəkilliyin bir institut kimi sıradan çıxarılması yalnız ictimai-siyasi fəalları deyil, hamımızı narahat etməlidir. Etiraz səsimizi hamılıqla ucaltmalıyıq!