Bakının Nərimanov rayonunda yerləşən tikinti mallarının satışı mərkəzində yanğın baş baş verib. Həmin tikinti materialları bazarı sadə insanlar arasında “Taxta bazarı” kimi tanınır. Məlumata görə, yanğın bazardakı mağazalardan birinin dam örtüyündə baş verib. Rəsmi məlumatda qeyd olunur ki, ümumi sahəsi 1100 m² olan ikimərtəbəli müxtəlif təyinatlı tikinti materialları mağazalarının dam örtüyünün yanar konstruksiyaları (içərisində olan tikinti materialları ilə birlikdə) və 720 m² sahədə açıq əraziyə yığılmış tikinti materialları yanıb. Yanğın 10-a yaxın dükana yayılıb.
Yanğının hansı səbəblərdən baş verdiyi hələlik məlum deyil.
Yanğınla əlaqədar hadisə yerinə Nərimanov RİH başçısı Abdin Fərzəliyev və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev də gəlib.
Azadliq.info