Son günlərdə AXCP-yə və onun sədri Əli Kərimliyə qarşı demokratik düşərgə daxilindən bəzi şəxslər müəyyən ittihamlar səsləndirməyə başlayıb. Belə şəxslərdən biri də MeydanTV-nin rəhbəri Emin Millidir. Onun əlindəki media resursu üzərindən AXCP-yə və Əli Kərimliyə qarşı dediklərinə Əli Kərimli elə MeydanTV-nin özündə cavab verib. Əli Kərimli ilə müsahibəni təqdim edirik (nəzərə alın ki, müsahibə texniki problem üzündən yarımçıq kəsilib).