Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında azyaşlının xəsarət almasına görə 2 nəfərin işdən çıxarıldığı, 1 nəfərə isə töhmət verildiyi bildirilir.
APA-nın Gəncə Şəhər İcra Hakimiyyətinə istinadən yaydığı xəbərə görə, 2 yaşlı S. İ-nin xəsarət alması ilə bağlı Gəncə şəhəri 31 saylı uşaq bağçasının tərbiyəçisi Gülnarə İsmayılova və sanitar dayəsi Solmaz Zeynalova işdən çıxarılıblar.
Eyni zamanda, bağçanın direktoru Günay İsmayılovaya töhmət elan olunub.
İki yaşlı S.İ-nin üzünə dağ basılması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Ancaq xəbərə görə, ilkin araşdırma zamanı məlum olub ki, azyaşlının üzünü bağçadakı uşaqlardan biri dişləyib. Körpə qız xəstəxanaya yerləşdirilib, ona ilkin tibbi yardım göstərilib və evə buraxılıb.