Azərbaycanın şimal rayonlarından gələn avtomobillərin hərəkəti dayandırılıb. Bakı-Quba magistralının Xızı rayonu, Şurabad qəsəbəsindəki hissəsində hərbi maşınlar yolun paytaxta gələn hissəsini kəsərək, avtomobillərin hərəkətini dayandırıb. Nəticədə yolda kilometrlərlə uzunluğunda tıxac yaranıb. Adamlar avtomobillərdən düşərək etirazlarını bildirirlər. Bu haqda “Azadliq.info”ya hadisənin şahidləri məlumat verib.
Şahidlərin sözlərinə görə, onsuz da şimal rayonlarından paytaxt istiqamətində hərəkət edən avtomobillər yolda olan çoxsaylı hərbi maşınların, texnikanın gətirilməsinə görə çətinliklə üzləşiblər. Daha sonra ümumiyyətlə, yolun bağlanması isə sürücüləri daha da hiddətləndirib.
Azadliq.info