Qəbələ rayonunun Bılıxlı kəndinin sakinləri əkin sahələrindəki məhsulun yığılması üçün hökumətdən texnika yardımı istəyir. Bir qrup sahibkarın müraciətində deyilir ki, kombayn olmadığına görə, rayonun Bılıx, Əmirvan, Məlikli, Sileyli, Yenikənd ərazisindəki torpaq sahələrində əkilmiş buğda və arpa zay olur. “Min hektarlarla sahədə məhsulun yarıdan çoxu məhv olub gedib.
“Gilan” şirkəti öz sahələrini biçib, artıq yay şumuna başlayıb, kombaynları isə camaatın sahələrinə buraxmır. Kombaynlar üçün hər hektara 40-50 manat pul tələb edirlər. Əvvəllər bu məbləğ 30 manat idi, indi də insanlar bu məbləğ vermək imkanında deyillər. Məsələdən rayon icra hakimiyyətinin də xəbəri var, amma məhsulu zay olan insanlara heç bir səlahiyyətli orqan yardım etmək istəmir”-deyə müraciətdə bildirilir.
Azadliq.info