AXCP sədri Əli Kərimli Azərbaycanın ötən gecə işıqsız qalmasına münasibət bildirib. Ə.Kərimli hadisəni ümumən yarıtmaz idarəçiliklə əlaqələndirib.
“Elə bu qabiliyyətləmi iqtidar yenidən “dava-dava” oynamağa başlayıb? Bir qəza bütöv ölkəni saatlarla iflic etdi. Bu gecə hamımız şahid olduq ki, “enerji təhlükəsizliyi”, “enerji mənbələrinin diversifikasiyası”, “alternativ enerji mənbələri” kimi söhbətlər 2 milyon yeni iş yeri və yoxsulluğun 500% aşağı salınması haqda nağılın davamı imiş. Dövlət idarəetməsi ekstremal situasiyalara qətiyyən hazır deyil. Bizi daha böyük bəlalardan hələlik Allah saxlayır. O da bir gün saxlamasa… qalanını özünüz təsəvvür edin”, – deyə AXCP sədri feysbuk səhifəsində yazıb.