Gəncə hadisələrinə görə daha bir nəfər hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı qətlə yetirilib. APA-nın yaydığı məlumata görə, Ağa Hüseyn oğlu Sərxani silahli müqavimət göstərdiyi üçün zərərsizləşdirilib. Ağa Sərxani Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin iştirakçısı olmaqda ittiham edilib. Guya o, Yunis Səfərovla birlikdə bu qəsdin planını hazırlayıb. Ağa Sərxani Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürmə və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələrinə görə axtarışa verilibmiş.
Məlumatda göstərilir ki, Ağa Sərxani 2016-cı ildə Suriyada silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib.
Məlumatda ona qarşı əməliyyatın harada və hansı şəraitdə keçirildiyi qeyd olunmayıb.
Məlumata onun bir neçə fotosu da əlavə olunub. Fotolar onun hansısa dini ziyarətdə və İranda səfərdə olduğunu, Bakıda müxalifətin mitinqlərindən birində əlində Tale Bağırzadəyə azadlıq tələb edən plakatla iştirakını göstərir. Bir foto isə onun əlində tapança öldüyü yerdə çəkilib.
Ağa Sərxani Gəncə hadisələrinə görə təqsirləndirilənlərdən üçüncü nəfərdir ki, hüquq-mühafizə orqanlarının əməliyyatı zamanı öldürülür.
azadliq.info