Gəncə hadisələri ilə bağlı daha 8 nəfərin tutularaq barələrində həbs qətimkan tədbiri seçildiyi, bir nəfərin isə öldürüldüyü deyilir.
Bu barədə Respublika Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilir.
Məlumata görə, təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində “ağır cinayət əməlləri törətətmiş mütəşəkkil qrupu”n fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Anar Bağırovun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.
Onun əməliyyat tədbirləri zamanı silahlı müqavimət göstərdiyi və cavab tədbiri olaraq öldürüldüyü deyilir.
Hadisə yerinə baxış zamanı Anar Bağırovun üzərindən “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edildiyi də qeyd olunur.
Saxlanılanların adı sadalanmır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bundan öncə Gəncə hadisələri ilə bağlı 30-dan artıq şəxs həbs edilib.
İyulun 15-də isə polisi öldüməkdə şübhəli sayılanlardan biri Rəşad Böyükkişiyevin isə polisə qumbara ilə müqavimət göstərərkən öldürüldüyü haqda rəsmi məlumat verilib (azadliq.org).