MB-ın bu qərarını tamamlayacaq addım
Orta Müddətli Strategiyanın hazırlanması olmalıdır!
Uzun müddətdir ki, pul-kredit bazarına ciddi müdaxilədə tərəddüd edən Türkiyənin Mərkəzi Bankı (TCMB) 13 sentyabr tarixli qərarı ilə faiz dərəcələrini artırdı. Dünənki qərarla uçot dərəcələrini 6,25 faiz artıraraq 17,75%-dən 24%-ə qədər yüksəldi. Düzdür, bu MB-ın bu qərarı nisbətən gecikmiş qərar oldu. Lakin, bunu devalvasiyanın ilk əvvələrində bunu etmək daha effektiv ola bilərdi. Bununla yanaşı onu da qeyd etməyi vacib hesab edirəm ki, mən bu faiz artımını MB-ın son illərdə atdığı ən cəsarətli və müstəqil addım hesab edirəm. İndiki halda MB-ın faiz dərəcələrinin artırılmasına dair verdiyi qərar əli yanan insanın əini ağzına basması kimi bir şeydir. Başqa heç bir halda MB-ın valyuta bazarına birbaşa təsir imkanı da yoxdur. Olan MB-ın funksiyalarına daxil olanı budur ki, bunu etdi.
Dünəndən başlayaraq bu addımdan sonra valyuta birjalarında 1 dollar 6,5 TL-dən bu yazını yazana qədər 6,03-ə qədər düşüb. Bu yaxın həftələrin ən sürətli enişi hesab oluna bilər. Deməli, MB-ın bu qərarı valyuta bazarına təsirsiz ötüşmədi. Düşünürəm ki, bu davamlı olmayacaq. Yəni avtopilota qoyularaq davamlı olaraq aşağı doğru enişlə getməyəcək. Mənim düşüncələrimə görə, Türkiyənin indiki iqtisadi gerilməsinin səbəbi monetar siyasətlə bağlı deyil, iqtisadiyyatın özünün konstruksiyası ilə bağlıdır. Müvəqqəti olaraq TL-nin dəyər qazanması istiliyi olan bir orqanizmanı bir dərmanla istiliyini müvəqqəti endirməyinə xatırladır.
MB bu addımla əslində yaxın həftələlərdə sürətlənəcək inflyasiya yaradıcı amilləri nisbətən neytrallaşdırmağı düşündüyünü və bunu antiinflyasiya tədbirlərindən hesab edir. Bununla MB xarici investorlara da mesaj verməli oldu ki, lazım gələrsə biz faiz artımından çəkinmədən analoji qərarları verə bilərik. Lakin xarici investorların marağını cəlbetməyə çalışan bu adım, daxildə yerli sahibkarlar üçün də müəyyən çətinliklər doğrur. Belə ki, kredit faiz dərəcələrinin artımı real sektorun işlərini də çətinləşdirir. Ucuzlaşmaqda olan mal və xidmətlərin baza qiymətinin artması üçün əsaslar yaradır.
MB-nın indiki halda verməli olduğu əsas mesajın xarici investorlara hesablandığının doğru tərəfləri də vardır. Çünki, MB başa düşür ki, xarici investorlar “dollar daşıyıcısı” olaraq iqtisadiyyata güc qatıb ölkənin dollar gəlirlərinə tövhə verə bilər. Deməli, indiki halda mənim fikrimcə, Türkiyə iqtisadiyyatında 2 hərəkət kanalı daim nəzarət altında saxlanılmalıdır. Birincisi, idxal hesabına dolları axınını məhdudlaşdırmaq. İkincisi, ixrac hesabına dollarla daxilolma kanallarını genişləndirmək. Bu nisbəti maksimum halda Türkiyə iqtisadiyyatının xeyrinə dəyişməkdir. Amma bunu da söyləməmiz vacibdir ki, əvvəlki sabit valyuta rejimində daimi mənfi saldo ilə ili başa vuran Türkiyə indiki TL-ə böyük təzyiqlərin olduğu şərtlər daxilində bunu etməsi olduqca çətindir. Bunu da doğru dəyərləndirməmiz lazımdır.
Yekun olaraq onu deməliyəm ki, MB-ın bu addımı monetar sferaya müxtəlif impulslar buraxdı. İndi Türkiyə iqtisadiyyatına məsul iqtisadi xətti qurumlar MB-ın yanğınsöndürmə mexanizmini işə salaraq bu estafeti digər qurumlara buraxdı. Türkiyə hökumətinin iqtisadi komandası bir şeyın ardıcıllığını düşünərək fiskal siyasəti də effektiv etmək haqqında düşünməlidir. Məhz bu iki siyasət alətindən sonra MB-ın bu addımını tamamlayacaq addım Orta Müddətli Strategiya hazırlanmalıdır. Konkret olaraq indiki halda əsas iş Orta Müddətli Strategiyanın hazırlanması olmalıdır!