Bakının Abşeron rayonu, Hökməli qəsəbəsinin sakini Lətifə Zeynəddinova məhkəmə qərarını yerinə yetirməyən Ədliyyə Nazirliyinin İcra və Probasiya İdarəsinin icra məmurlarından şikayətçidir.
Şikayətçi bildirir ki, 10 il əvvəl Rəna adlı qadından ev alıb. Lakin sonradan məlum olub ki, həmin ev satıla bilməz. Abşeron məhkəməsi evin pulunun- 33 min 500 dolların Lətifə Zeynəddinovaya qaytarılması barədə qətnamə çıxarıb. Bundan sonra yenə Abşeron məhkəməsinin hakimi İlham Kərimli həmin Rəna adlı qadının 2 il islah işlərinə cəlb edilməsi ilə bağlı hökm çıxarıb. Bir ildən sonra isə amnistiya sərəncamı ilə hökmdən azad olunub.
Lətifə Zeynəddinova indi xəstə olduğu üçün müalicə oluna bilmədiyini deyir. İcra məmurlarının isə borcludan ona pulunun qaytarılması üçün heç bir tədbir görmədiklərini bildirir. Prezidentə bu barədə teleqram vuraraq müalicəsi üçün pul istədiyib. Onu Ədliyyə naziri Fikrət Məmmədovun qəbuluna göndəriblər. Nazirlikdə isə onu qəbula buraxmayıblar. Bildiriblər ki, öz xoşuna getməsə polis çağırıb onu Polis Bölməsinə apartdıracaqlar. Şikayətçinin bildirdiyinə görə ona deyiblər ki, bura xəstəxana deyil, get harda ölürsən öl.
Lətifə Zeynəddinovanın azadliq.info-nun əməkdaşına dediklərini təqdim edirik.
azadliq.info