Penitensiar Xidmətin Qızıldaç qəsəbəsində yerləşən 13 saylı Cəzaçəkmə müəsisəsindən həyacanlı xəbərlər gəlib. Bu barədə məhbus valideynlərindən biri azadliq.info-ya məlumat verib.
Dekabr ayı olmasına baxmayaraq hələ də istilik sistemi qoşulmayıb. Yeməklərin keyfiyyətinin daha da pisləşdiyi də bildirilib. Digər bir problem isə hamamla bağlıdır. Günlərlə hamamda su olmadığı deyilir. Daha bir qorxunc hal, müəsisədə vərəmli xəstələrin çox olması ilə əlaqədardır. Xəstələrin digər məhbuslarla bir yerdə saxlanılması infeksion xəstəliyin daha da yayılması ilə nəticələnir.
Yağış yağanda isə cəzaçəkmə müəsisəsinin həyəti bütünlüklə su içərisində olduğu da bildirilir. Dustaqların ora bir-iki cınqıl tökülməsi tələbinə isə məhəl qoyulmadığı deyilir.
Xatırladak ki, siyası məhbuslar İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı da çəzalarını 13 saylı çəzaçəkmə müəssisəsində çəkirlər.
İş gününün sonu olduğu üçün Penitensiar Xidmətlə əlaqə saxlaya bilmədik. Lakin bu barədə onların mövqeyini dərc etməyə hazırıq.
azadliq.info