Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyevin oğullarının nəzarətində olan iki şirkət bu gün (5 dekabr) könüllü ləğv olunduğunu elan edib.
“Romb” MMC və “Vorld Health Centre” 2008-ci ildə yaradılıb. Birinci şirkətə İlqar Nağıyev rəhbərlik edir, ikincisini isə illərdir İlham Nağıyev idarə edib. Hər iki şirkətin fəaliyyəti haqqında, demək olar, heç bir şey məlum deyil.
Beynəlxalq jurnalist araşdırmaları jurnalına əsasən, Əli Nağıyevin ailəsinin yalnız Azərbaycanda deyil, Virgin adaları, Çexiya və Türkiyədə şirkətləri var. Bu şirkətlər on milyonlarla avroluq aktivləri idarə edirlər. Əli Nağıyev özü bu informasiyalara şərh vermir(Turan).