Naxçıvan Muxtar Respublikasının Babək rayonu Cəhri kənd sakini Abbasova Mehbarə redaksiyamıza müraciət edib. O, ailə üzvlərinin başına gətirənlər barədə danışıb. “Oğlum İsa Abbasov qız qaçırmaya görə həbs olunub. Ona Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il, qardaşı Səxavət Abbasova isə 8 il azadlıqdan məhrumetmə cəzası verilib. Hadisə 2015-ci ildə baş verib. Sabunçu Rayon Polis İdarəsinin müstəntiqi Rəcəb Məmmədov və prokuror Müşviq Abbasov bizə bildirdi ki, uşaqlar tutulmayacaq. İki evimi satıb onlara verdim. Məhkəmədə isə oğlanalrımın hər ikisinə ağır cəza verildi”,- deyə Mehbarə Abbasova bildirib. Bununla bağlı etdiyi şikayətlərə isə baxılmadığını qeyd edib.
Mehbarə Abbasovanın bildirdiyinə görə 13 saylı Cəzaçəkmə müəsisəsində Cavid adlı “nadzor” oğlunu vuraraq gözünü çıxarıb. Onun barədə olan şikayətinə də baxılmayıb. Penitensiar Xidmətdən işin araşdırılacağı bildirilsə də, bu günə kimi heç bir nəticəsi yoxdur.
Hazırda hər iki oğlu məhbəs həyatı yaşayan ananın şikayətini öz dilindən izləyicilərimizə təqdim edirik.
Yazıda adı çəkilən şəxslərin mövqe bildirmək haqqı saxlanılır.
azadliq.info