Bu, 20-ci əsrin ən mühüm hadisələrindən bir idi. 40 il bundan əvvəl dini rəhbər Ayətullah Xomeyni sürgündən İrana qayıdaraq İranda İslam inqilabına başlayıb. BBC-dən John Simpson ayətullahı Tehrana gətirmiş təyyarədə olub.
Paris yaxınlığındakı Neauphle-le-Chateau kəndində son 40 il ərzində o qədər də çox dəyişiklik baş verməyib. Amma Xomeyninin qərargahı o, İrana getdikdən bir müddət sonra partladılıb.
Lakin 40 il ərzində dünyada Neauphle-un xaricində xeyli dəyişiklik baş verib və əlbəttə ki, bu sakit yerdə baş verənlər bu dəyişiklərdə mühüm rol oynayıb.
Fəlakətli dərəcədə səhv addım
1978-ci ildə İranda ilk inqilabi çıxışlar başlayanda Ayətullah Xomeyni İraqda şiələr üçün müqəddəs olan Nəcəf şəhərində ciddi nəzarət altında idi.
Jurnalist maraqlandı ki, bu qədər il sürgündə keçirdikdən sonra geri qayıdarkən o, nə hisslər keçirir. “Heç nə”, – onun cavabı belə oldu.
İraqda artıq Səddam Hüseyn hakimlik edirdi. O zaman şah Səddamdan Xomeynini ölkədən sürgün etməyi xahiş etdi.
Bu, fəalkətli dərəcədə səhv addım idi.
Xomeyni Fransaya uçub gedəndən sonra gözlənilmədən bütün dünyaya sözünü çatdırmaq imkanı qazandı.
Amansız və kompromisə getməyən ayətullah beynəlxalq status əldə etdi.
Şah, son nəticədə İranı 1979-cu ilin yanvarında tərk edəndə, ayətullahın evə qayıtmaq və imperiya sistemini dağıtmaq üçün yolu açıldı.
Onun çarter reysinə özüm və operatorum üçün iki təyyarə bileti almağa müvəffəq oldum.
Ayətullah Xomeyni 15 il sürgündə keçirdikdən sonra İslam Respublikasının qurulması ilə nəticələnən inqilabı idarə etmək üçün vətənə qayıdır.
BBC mənə ora getməmək göstərişi verdi, lakin mən içərimdə yaranan coşqunluq hissinə üstün gələ bilməyərək yola çıxıdım.
Bir azdan sonra mənə elə gəldi ki, atdığım addım səhv oldu. Uçuş zamanı ayətullahın nümayəndələrindən biri elan etdi ki, Şaha hələ də sadiq qalan hava qüvvələri biz İranın hava məkanına daxil olanda təyyarəmizi vurub salmağı planlaşdırırlar.
Biz jurnalistləri bu xəbər məyus etmişdi, lakin təyyarənin qalan yerlərini doldurmuş inqilabi fəallar bu xəbəri alqış və coşqu ilə qarşıladılar – onlar şəhid olmaq istəyirdilər.
İslam Respublikası quruldu
Biz təyyarənin baş hissəsində yer tutmuş Xomeyni ilə müsahibə çəkilişini aparmaq üçün oraya yollandıq.
O, pəncərəyə baxaraq bizə fikir vermirdi – jurnalistlərdən biri ona sual verənədək.
Jurnalist maraqlandı ki, bu qədər il sürgündə keçirdikdən sonra geri qayıdarkən o, nə hisslər keçirir. “Heç nə”, – onun cavabı belə oldu.
Əlbəttə, təyyarəmiz vurulub yerə salınmadı.
Amma Tehran aeroportu üzərində, aşağıdakı rəsmilərlə uzun-uzadı danışıqlar getdiyi müddətdə, havada xeyli dövrə vurmalı olduq və hamımız bundan halsızlamışdıq.
Ayətullah Xomeyni Tehrandakı evinin eyvanından tərəfdarlarını salamlayır.
Sonra təyyarə eniş etdi və ayətullahı, bəzilərinin dediyinə görə, ola bilsin ki, bəşəriyyət tarixində sayına görə ən böyük insan kütləsi alqışla qarşıladı.
Nəticədə, İranda İslam Respublikası quruldu, dünya boyunca müsəlmanların rəyi canlanmağa başladı, Qərb liberallığına müxalif olan yeni mühüm mərkəz formalaşdı.
Və bunların hamısı Fransanın həmin o kəndində cızılıb planlaşdırılmışdı.
Həmin o kənddə ki, orada avtomobil tıxacı və ya qarın yağması günlərlə müzakirə olunan hadisəyə çevrilir.
bbc.com