Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyilə AXCP Gənclər Komitəsinin rəhbəri Emil Səlimovun inzibati qaydada həbsindən şikayətə baxılıb.
Xatırladaq ki, o, yanvarın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında saxlanılıb. Həmin vaxt məhkəmədə “AXCP-nin qanunsuz maliyyələşdirilməsi haqqında” adlı iş üzrə proses gedirdi.
Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə təqsirli bilərək inzibati qaydada 20 sutka həbs edib.
Bu gün Apellyasiya Məhkəməsi şikayəti təmin etməyərək fəalı həbsdə saxlayıb.
AXCP hesab edir ki, E.Səlimov siyasi motivlərlə təqib olunur.
Mənbənin məlumatına görə, yanvarda 29 nəfər partiya fəal inzibati qaydada həbs olunub(turan).