
Seymur Həzi
- Konstitisiya Məhkəməsinin bütün tərkibini İlham Əliyev şəxsən təyin edir.
- Bu məhkəmədəki hakimlərin hamısı Azərbaycanda hakim və prokuror olmuş şəxslərdi ( korrupsiyadan xali deyillər)
- İslahatların onları da İlham Əliyevi də yuyub aparacağını biləcək ağıldadırlar ( Korrupsionerlik, ağılın yox mənəviyyatın korlanması halıdır)
- Hakimiyyətdə İlham Əliyevdən başqa heç kimin sözünü eşitməkləri üçün nə əsas var nə zərurət
- İslahatçı qanadı da, gerilikçi qanadı da İlham Əliyev vəzifəyə qoyur
- İlham Əliyev istəməsəydi bu məhkəmə “seçki”nin nəticələrini təsdiqləməzdi.
- İlham Əliyevə kimlər (haralar) təsir edib, onu deyə bilmərəm, amma Konstitusiya məhkəməsinə o özü şəxsən təsir edib
- İlham Əliyevə islahatlar niyə sərf etsin ki, yuxarıdan başlayan islahatın ilk, aşağadan başlayan islahatın son qurbanı özüdür
- Bu cür ağıl qarışdırıcı mövzuların ortaya atılması İlham Əliyevə heç etmək istəmədiyi islahatlar yolunda kimlərinsə mane olduğu rəyini yaradıb onun məsuliyyətini azaltmaq məqsədi güdür
- Kim, aldandığını həzm etmək istəmirsə, uydurulmuş düşmənlə (islahatlara mane olan qanadla) “mübarizə”yə davam edəcək, kim bunu-aldadıldığını etiraf etməyə özündə güc tapsa, sistemin bütövlükdə islahı uğrunda xalq işinə qoşulacaq…