
BMT-nin Təhlükəsizlik Şurası çərşənbə axşamı qapalı məsləhətləşmələr formatında Dağlıq Qarabağdakı vəziyyətlə bağlı təcili müzakirə keçirməyi planlaşdırır.
Bu barədə bazar ertəsi TASS-a qurumdakı mənbədən məlumat verilib.
“Çox güman ki, müzakirə çərşənbə axşamı qapalı formatda məsləhətləşmələr zamanı baş tutacaq”, – mənbədən agentliyə bildirilib.
Müzakirənin keçirilməsinə dair bir sıra Avropa ölkələri təşəbbüslə çıxış edib.
Məsləhətləşmələrin formatı Təhlükəsizlik Şurasının 15 ölkəsindən olan diplomatların münaqişə tərəflərinin nümayəndələri olmadan iştirak etmələrini nəzərdə tutur.