
Milli Şuranın sədri, professor Cəmil Həsənli
Bir daha Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalarla əlaqələr şöbəsinin müdiri Ədalət müəllim Vəliyevin bu yaxınlarda dərc edilmiş məlum məqaləsindəki pafoslu məqamlardan birinə toxunmaq istəyirəm. Adam məqalədə belə bir yarımbaşlıq qoyub: “Koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan nümunəsi”. Bu bölmədə onun dediyi kimi “Müzəffər Ali Baş Komandanın” COVİD-19 virusuna qarşı qazandığı cahanşümul “qələbədən” söhbət açılır. Amma respublikada virusa yoluxmanın ən yüksək həddi elə bu məqalə dərc edilən gün qeydə alınmışdı: bir gündə 4 min nəfər ətrafında yoluxma və -35-40-ə yaxın ölüm halları qeydə alınırdı. Bu virusun yayılma sürətinin 5-6 ay bundan əvvəllə müqayisədə 7-8 dəfə, 2-3 ay bundan əvvəllə müqayisədə 3-4 dəfə artması, təhlükəli həddə çatması deməkdir.
Dünən Nazirlər Kabineti yanında operativ virus qərargahının dünən keçirilən brifinqi daha acınacaqlı mənzərəni ortaya qoydu. Brifinqdən aydın oldu ki, test edilən hər dörd nəfərdən birində Covid yoluxması aşkar olur. Bu göstərici 4-5 ay bundan əvvəllə müqayisədə 3-4 dəfə artıq deməkdir. Şübhəsiz ki, dəhşətli bir göstəricidir. O da məlum oldu ki, virisa yoluxanların yarıdan çoxu – 52 faizi Bakı .Bakı şəhəri üzrə Covid ölkəyə ayaq açaandan bəri bu ən yüksək göstəricidir. Kənd rayonlarında da vəziyyət acınacaqlıdır. Məsələn, noyabr ayının son iki həftəsi ərzində yalnız bir kənddə (Cəlilabad rayonun Alar kəndində) virus yoluxmasından 11 nəfər vəfat edib. Hətta taun və vəba epidemiyalarının geniş yayıldığı dövrlə müqayisə də bu göstərici bir kənd üçün böyük itkidir.
Covid virusunun belə yayılmasının obyektiv və subyektiv anilləri var. Obyektiv amil Covidin ümumdünya xarakteri alması və 44 günlük hərbi əməliyyatlarla bağlıdır. Bir qayda olaraq müharibələər zamanı yolxucu xəstəliklər və epidemiyalar daha geniş yayılır. Lakin bizdə virusun yayılma sürətinə təsir edən subyektiv amillər daha çoxdur. Bura əhalinin qida rasionunun məhdud olması nəticəsində immun sisteminin zəifləməsi, effektli tibbi və sosial təminatın aşağı olması, bioloji böhrandan siyasi və təbliğatı məqsədlər üçün istifadə edilməsi, virusa yoluxanların sayı və sürəti barədə real mənzərənin deyil, idarə olunan rəqəmlərin manipulyası, hakimiyyətin maraqlarına uyğun kütləvi aksiyalarda və şəhər təsərrüfatında zəruri qaydaların nəzərə alınmaması, əhalini qorumaq üçün zəruri olan sosial yardımların azlığı və əhatə dairəsinin aşağı olması, virus təhlüksi aradan qalxmamış bu cüzü yardımların məhdudlaşdırıması və dayandırılması, işsizliyin geniş xarakter alması, anti-virus dərman preparatlarının qiymətlərinin kəskin şəkildə artması və bir çox ailələr üçün əlçatmaz olması və bunların hamısına səbəb olan hokumətin
Covid-19 əleyhinə qabaqlayıcı anti-virus tədbirlərinin olmaması kimi hallar daxildir. Bilirsiniz də, 5-6 ay əvvəl bir qurup yaltaq “ziyalı” Covid üzərində “möhtəşəm” qələbəsinə görə İlham Əliyevə Milli Qəhrəman adı verilməsi üçün tozanaq qoparmışdı. Gercək mənzərə acınacaqlıdır, vəziyyət təhlükəli həddə çatıb, Covid -19 ölkə əhalisini ölümlə təhdid edir, virus canlar alır. Amma ölkədə hələ də nadancasına Covid pandemiyasına hakimiyyətə, şəxsən İlham Əliyevə yarınmaq məqamı kimi baxılır, bioloji təhlükə siyasi maraqlara tabe edilir, ondan təhdid və təbliğati məqsədlər üçün istifadə edilir.