İctimai fəal Bəxtiyar Hacıyev
İstəsəm də, alınmır. İstəyir bir insan 300 kitab yazsın, kitablarını 30 milyon oxusun, 2 Nobel mükafatı, 3 Oskar alsın, ensiklopedik biliyə malik olsun, 50 fəxri ad almış olsun, müxtəlif ixtiraların sahibi olsun…
Bir adam əgər 30 il öz ölkəsində:
- Məhkəmələrdə vətəndaşlarının hüquqlarının oğurlanmasına,
- Seçki qutusunda vətəndaşlarının səslərinin oğurlanmasına,
- Büdcədə vətəndaşlarının haqlarının oğurlanmasına,
- Məktəblərdə təhsillərinin, xəstəxanalarda sağlamlıqlarının oğurlanmasına,
- Elm ocaqlarında gələcəklərinin oğurlanmasına susursa, bir dəfə də olsa, etiraz etmirsə, o adamları nə ziyalı saya bilirəm, nə də vətənpərvər.
Ziyalı və vətənpərvər insan yuxarıdakıların hər birinin öz ölkəsinə və vətəndaşlarına sağalmaz yaralar vurduğunu biləcək, anlayacaq qədər müdrik olmalıdır.
Bir neçə ailənin xoşbəxtliyi üçün milyonlarla ailənin bədbəxt edilməsini görən və buna səssiz qalan ziyalı və vətənpərvər ola bilməz.
Bir ölkənin inkişafını ziyalılar istiqamətləndirməlidirlər, çöküşünə tamaşaçı qalmalı deyillər. Qalırsa, ziyalı deyil.