Bu gün, fevralın 27-də Bakıda Ukraynaya dəstək aksiyası keçirilir.
Aksiyaya gələn insanlar “Slava Ukraine” (Yaşa Ukrayna), “Slava Zelenski” və Rusiya rəhbəri Vladimir Putin əleyhinə şüar səsləndiriblər.
Aksiyada müharibə əleyhiə şüar səsləndirilib. Habelə “Putin vor” deyənlər də olub.
Polis,hələlik, aksiyaya müdaxiə etməyib. Yalnız bəzən küçənin ortasında dayananlardan, yolu boşaltmalarını xahiş ediblər. Bildrilib ki, maşınların yolu açıq saxlanılsın.

Aksiyaçılar əllərində Ukrayna və Azərbaycanın dövlət bayraqlarını tutublar.
Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Seymur Həzi aksiya iştirakçıları arasında jurnalstlərə danışarkən deyib ki, Ukrayna haq, ədalət tərəfindədir. Onun fikrincə, Azərbaycanda haqqın, ədalətin yanında olanların yanında olmalıdır.
Başqa aksiya iştirakçıları da deyiblər ki, Ukrayna xalqının yanındadırlar.Onların sözlərinə görə, Qarabağ savaşında da Ukrayna xalqı Azərbaycanın yanında olub.
Onlar “ Putin Ukraynadan əlini çək, Azərbaycandan, Qarabağdan əlini çək” kimi də şuar səsləndiriblər.
Aksiyada danışanlardan bəziləri də söyləyib ki, 5 gün əvvəl, fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” imzalanan Bəyannamə Azərbaycan xalqının mövqeyini ifadə etmir.
43 bənddən ibarət həmin sənəddə Rusiya və Azərbaycan arasında hərbi, iqtisadi və hümanitar sahələrdə əməkdaşlıqdan bəhs edilir.
Aksiya iştirakçıları isə “Yaşasın Ukrayna və Azərbaycan xalqının dostluğu” kimi şüar səsləndiriblər.
“Ukrayna azad cəmiyyət qurmaq istəyir, Putin buna yol vermək istəmir”
Bunu isə aksiya iştirakçıları arasında olub Ukrayna bayrağına bürünən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu deyib.
Aksiya iştirakçıları vurğulayıblar ki, Rusiya qoşunları Ukraynadan çıxmalıdır.
Aksiyada “Ukrayna”, “Zelenski siz tək deyilsiniz” kimi də şüarlar səslənib.
Aksiyada daha sonra da “Azərbaycan oyaqdır ,Ukraynaya dayaqdır” şüarı da səslənib.
Saat 15-20 radələrində bəzi mülki paltarlı adamlar aksiya iştirakçıları arasına daxil olaraq onlardan dağlışmağı xahış ediblər. Amma aksiyada “Ukrayna” şüarları səslənməkdə davam edib.
Bir müddət sonra polisin tələbindən sonra iştirakçılarının bir çoxu
aksiya yerindən uzaqlaşıb.
Azadlıq radiosu