Qulu Məmmədli
Burada mənim də məsuliyyətim olduğu üçün bu haqqda yazmağı haqq etdiyimi düşünürəm.
Bizi niyə hər gün ölümə tərk edirsiniz axı!?
Siz xalq olaraq qazinizə sahib çıxa bilmirsinizsə, başqa adını çəkib, sizi narahat etmədiyim dəyərələrinizə necə sahib çıxırsınız bəs?!
Çoxmu çətindir ölkədə qazilərə olan münasibətə öz etiraz səsinizi ucaltmaq!? Sosial şəbəkələrdə bu haqda bir-iki cümlə yazmaq da çətin, qorxuludur?! Hökümətin, bu xalqın malını quldurcasına talayanların gözü indi ancaq sosial şəbəkələrdədir ki, görək xalqın böyük çoxluğu nə düşünür. Baxırlar ki, heç nə vecimizə də deyil.
Qorxursunuz?! Öz övladınız, qardaşınız, yaxınınız şəhid olanda, qazi olanda qorxmayacqsınız!
Bu fotolardakı oğlan sizin alqışlarınızla müharibəyə uğurladığınız qazi Sabirabad rayon Qalaqayın kənd sakini Elvin Cəfərovdur. Dünən müharibədən sonra yaranan sosial, psixoloji problemləri üzündən özünü Sabirabad rayon icra hakimiyyəti qarşısında üzərinə benzin tökərək yandırıb. Hazırda Bakıda xəstəxanaların birində vəziyyəti çox ağırdır. Eynən bu xalqın vəziyyəti kimi.
Adamı ən çox mənəvi ad-alova qərq edən bilirsiniz nədir?
Müharibə zamanı müharibəyə- ölümə yola salınanları böyük coşqu ilə, yüksək ehtiramla, bahalı avtomobillərdən bayraq sallayaraq yola salanlar indi haradadırlar?
Niyə, 5-3%-dən başqa heç kim vecinə də deyil bu ortalıqda qalan qazilər!? Bəs, ölümə yola salarkən o nə coşqu, o nə sevgi idi!? Demək, hamsı şou üçün, boğazdan yuxarı vətənşüvənlik üçün lazım imiş sizə.
Bu adamların saxtakarlığını 1.6 il qabaq şəhid anaları Bakıda yolu bağlayıb, övladlarının suyun içində dəfn edilməsinə etiraz edəndə gördük. Avtomobillərdən düşüb şəhid analarına qoşulmaq əvəzinə, siqnalları ilə anaları yoldan çəkilməyə məcbur edirdilər. Onda artıq anlamışdıq çox şeyi. İcazəli vətənşüvənliyi buraxın artıq. Səmimi olun. Bir şeyi hamı edir, icazə verirlər etməyə, hamı məni ortalıqda görsün deyə yox, içinizdən gəlirsə, edin.
Amma əlləri hər gün ehtiramla, öz doğmamız kimi öpülməyə layiq olan anaların övladları ağ etdi axı sizin hisa basmış üzünü. Heç olmasa, bundan utanın. Bəxti gətirib, belə baxanda gətirməyən, sizin üçün sağlamlığını itirən adamlara sahib çıxın də. Ölkə müharibə şəraitindədir hələ də. Sabah da lazım olacaq axı kimisə yola salmaq..