İstefada olan fövqəladə və səlahiyyətli səfir Fatih Ceylanın Turan İnformasiya Agentliyinə müsahibəsi
Turan: Hörmətli səfir, Rusiyanın Ukraynaya hücumundan əvvəl NATO ölkələrinin ikitərəfli sazişlərlə Ukraynaya kömək edə biləcəklərini demişdiniz. Proqnozunuzun düz çıxmasıyla yanaşı, işin sərhədləri daha da genişləndi, İsveç və Finlandiyanın NATO-ya üzv olması üçün qapılar açıldı. Müharibənin beşinci ayındakı mənzərəni necə şərh edə bilərsiniz?