Axtar2022, 20 Avqust, şənbə, Bakı vaxtı 17:29
Dünya xəbərləri
Avqust 20, 2022
Rusiyanın Qara dəniz donanmasının qərargahı pilotsuz aparatla vurulub

Şənbə günü səhər Rusiya Qara Dəniz Donanmasının ilhaq edilmiş Krımda yerləşən Sevastopol qərargahı pilotsuz uçan aparatla vurulub. Bu barədə Sevastopolun “qubernatoru” Mixail Razvojayev məlumat verib. O, ölən və ya xəsarət alanların olmadığını deyib.
Zərbədən sonra qərargaha gəldiyini bildirən Razvojayevin sözlərinə görə, pilotsuz təyyarə aşağı hündürlükdə uçsa da onu vurmayıblar, “baxmayaraq ki, onlar buxtada atıcı silahlarla işləyirmişlər”.
Razvojaev Sevastopol sakinlərini yaxın bir saat ərzində evdə qalmağa çağırıb. İlk mesajdan yarım saat sonra Razvojaev aydınlaşdırıb ki, pilotsuz aparat “donanma qərargahının düz üstündə” vurulub, bundan sonra o, damın üstünə düşüb və alovlanıb. Qara dəniz donanmasının qərargahı üzərində tüstünün fotoları və uçan dronun videosu sosial şəbəkə istifadəçiləri tərəfindən yayımlanıb.
Azadlıq radiosu