Noyabrın 7-də Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan XİN başçıları ilə üçtərəfli görüşü keçiriləcək.
Azərbaycan XİN-dən verilən məlumata görə, Ceyhun Bayramov noyabrın 6-da Vaşinqtona səfərə gedib.
Ermənitan tərəfi də Ararat Mirzoyanın ABŞ-a səfər etdiyini təsdiq edib.
Xatırladaq ki, bu görüşün keçirilməsi təşəbbüsü Blinkenə aiddir.
Vaşinqtondakı diplomatik mənbələr görüşün yekunlarına dair hər hansı sənədin imzalanması ehtimalı ilə bağlı şərh vermirlər.
Dövlət Departamentinin nümayəndələri dəfələrlə ABŞ-ın Bakını və Yerevanı münaqişənin dinc həlli yolunu tapmağa çağırdığını və bu səylərə hər cür dəstək verməyə hazır olduğunu bəyan ediblər.
Bir sıra ekspertlərin fikrincə, ABŞ bu məsələdə təşəbbüsü Rusiyaya vermək niyyətində deyil.
Contact.az