
Bu fikirlər Maliyyə Nazirliyi tərəfindən hazırlanan “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə öz əksini tapıb.
Sənəddə qeyd edilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15 – 65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir:

Nəzərə almalıyıq ki, dövlət öz sosial öhdəliklərinin əsas hissəsini DSMF vasitəsilə həyata keçirir. Müxtəlif kateqoriyalardan olan insanlar təqaüd və müavinətlər alırlar və həmin təbəqənin sayında azalma gözlənilmir; əksinə, artım proqnozlaşdırılır”.
İqtisadçının sözlərinə görə, 2010-cu ildə 50 milyon ton neft istehsal edən Azərbaycanda həmin göstərici bu il təqribən 27 milyon ton olacaq:
“Neft istehsalında faktiki olaraq 50 faiz azalma baş verir və baş verən prosesləri — vergilərin və cərimələrin artımını, pensiya yaşının yüksəldilməsini, qiymət artımlarını və hətta son həbsləri — ilk növbədə bu faktorlarla izah etmək lazımdır.
Çünki ölkə iqtisadiyyatı neftdən başqa ikinci bir məhsul istehsal etmək iqtidarında deyil. Neftin azalması gəlirlərin kəskin azalması deməkdir. Həmçinin özəl sektor da dolayısıyla neft gəlirlərinə bağlı olduğundan, yaxın gələcəkdə DSMF-nin qeyri-büdcə sektorundan gəlirləri də azalacaq.
Sadələşdirilmiş izah bundan ibarətdir. Yaddan çıxarmaq olmaz ki, bu göstəricilər qarşısında indiki iqtisadi şərtlər daxilində hökumətin pensiya yaşını indiki səviyyədə qoruyub saxlamaq imkanları çox məhduddur”.
Şəbnəm