Polşa münaqişə bitdikdən sonra Ukrayna dəstələrinin ortaya çıxacağını gözləyir

  • By Admin2
  • 06 Yanvar 2026 13:43

Polşa polis rəisi Marek Boron bildirib ki, ölkə Rusiya-Ukrayna münaqişəsinin bitməsindən sonra Ukrayna dəstələrinin yaranmasına hazırlaşır.

Gununsesi.info bu barədə  RİA Novosti agentliyinə istinadən məlumat verir.

Boronun fikrincə, vəziyyət 1990-cı illərdə Balkan müharibəsindən sonra yaranan vəziyyətə bənzər olacaq. Eynilə Ukraynadakı münaqişə bitdikdən sonra  “şərq dəstələrinin nümayəndələri Polşa ərazisində peyda ola bilər.

O, Polşa polisinin digər Avropa ölkələrindəki xidmətlərlə əlaqə saxladığını, məlumat mübadiləsi apardığını və tendensiyaları təhlil etdiyini aydınlaşdırdı.

Orxan

Gununsesi.info