Günel Yaz “Azərsun Holdinq”də

  • By admin
  • 06 Yanvar 2026 13:58

Jurnalist Günel Yaz “Azərsun Holdinq”in İctimaiyyətlə əlaqələr və media şöbəsinin Baş mütəxəssisi vəzifəsinə təyinat alıb.

Gununsesi.info-nun xəbərinə görə, jurnalits bu barədə özü açıqlama verib.

“Yeni il yeni imkanlar, yeni hədəflər və yeni məsuliyyətlər deməkdir. Bu yolda mənə göstərilən etimada görə təşəkkür edir, qarşıdakı fəaliyyətimdə uğurlu əməkdaşlığa ümid edirəm”.

Xatırladaq ki, Günel Yaz bundan əvvəl Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun mətbuat katibi postunu tutub.

Günay Mahirqızı

Gununsesi.info