İsveçrə Federal Şurası (hökuməti) Venesuela prezidenti Nikolas Maduro və onun yaxın ətrafının üzvlərinin bütün aktivlərini dondurub.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, bu barədə hökumətin bəyanatında bildirilib.
Bəyanatda deyilir: “5 yanvar 2026-cı ildə Federal Şura dərhal qüvvəyə minərək Nikolas Maduro və onun yaxın ətrafının digər üzvlərinin İsveçrədə yerləşən bütün aktivlərini dondurmaq qərarına gəlib”.
Qeyd edək ki, İsveçrə bankları dünyanın ən etibarlı bankları sayılır və dünya dövlətlərinin liderləri, iri biznesmenlər bu banklarda xüsusi hesablara malikdirlər. Ancaq bu kimi hadisələr baş verəndə İsveçrə bankları da kənarda qalmır, öz müştərilərinin mənafeyi ziddinə qərarlar qəbul edirlər.
Günay Mahirqızı













