Çin Ukraynadakı münaqişəyə Rusiya Prezidenti Vladimir Putinə tək bir zəng etməklə “sabah” son qoya bilər.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker Münhen konfransında bildirib.
“Çin sabah Vladimir Putinə zəng edib hərbi əməliyyatlara son qoya bilər. Həmçinin Rusiyaya ikili təyinatlı texnologiya satışını və Rusiya neft və qazını almağı dayandıra bilər”, – deyə Uitaker bildirib.
Səfirin sözlərinə görə, Çin Ukraynadakı münaqişədə Rusiyanı “tam dəstəkləyir”. Uitaker qeyd edib ki, hərbi əməliyyatların başlamasından bəri Rusiya və Çin tərəfdaşlıqlarını “daha da gücləndiriblər”.
Maqsud












