Avropa ölkələri Ukrayna münaqişəsinin həlli prosesindən tamamilə geri çəkiliblər.
Gununsesi.info xəbər verir ki, bu barədə Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer CNBC-yə verdiyi müsahibədə bildirib.
” Ukraynadakı müharibəyə baxanda görürəm ki, Avropanın burada yeri yoxdur. Biz heç bir rol oynamırıq. Hər şeyə başqaları qərar verib”, – deyə o, Ukrayna münaqişəsinin həlli ilə bağlı müzakirələrə Rusiya və ABŞ-ın rəhbərlik etdiyini, Avropanın isə arxa plana keçdiyini vurğulayıb.
Maqsud












