Qərbin Rusiyaya qarşı dəniz blokadası təşkil etmək planları üzə çıxdı

  • By Admin2
  • 14 Fevral 2026 11:33

NATO ölkələri Rusiyanın qismən və ya tam dəniz blokadasını və Baltik-Arktika bölgəsini “kazarma” tipli bir vəziyyətə gətirməyi nəzərdən keçirirlər.

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Kanadadakı  səfiri Nikolay Korçunov RİA Novosti-yə verdiyi müsahibədə bildirib .

Onun sözlərinə görə, Norveç də daxil olmaqla, Qərb dövlətləri hər yerə öz “mühafizəçilərini” yerləşdirir və beynəlxalq hüququ pozaraq naviqasiya azadlığını məhdudlaşdırırlar.

Bundan əvvəl Bloomberg xəbər vermişdi ki , Britaniya müdafiə naziri Con Heli Münhen Təhlükəsizlik Konfransının kənarında Baltikyanı və Şimali Avropa ölkələrindən olan həmkarları ilə Rusiyanın “kölgə donanması” ilə əlaqəli ola biləcək tankerlərin ələ keçirilməsini müzakirə edib.

Yanvarın 7-də Britaniya Müdafiə Nazirliyi, Amerika hakimiyyətinin xahişi ilə, Rusiyanın “Mariner” neft tankerinin ələ keçirilməsində kömək göstərib.

Maqsud

Gununsesi.info