Tələbələr iddia etdi, deputat müdafiələrinə qalxdı

  • By Admin2
  • 27 Fevral 2026 10:57

Universitetlərdə imtahanların obyektivliyi və əlaçı təqaüdünün verilməsi mexanizmi ilə bağlı narazılıqlar gündəmə gəlib.

Bəzi tələbələr imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldıldığını və yüksək akademik nəticə əldə etsələr də, təqaüd almaqda çətinlik çəkdiklərini bildirirlər.

İddiaları müstəqil şəkildə yoxlamaq mümkün olmasa da, səsləndirilən şikayətlər tələbə hüquqlarının qorunması mexanizmlərinin effektivliyi ilə bağlı suallar yaradır.

Mövcud vəziyyətdə tələbələrin hüquqlarının müdafiəsi üçün hansı addımların atıldığı isə açıq qalır.

Gununsesi.info-nun xəbərinə görə, sözügedən məsələ ilə bağlı deputat Naqif Həmzəyev Milli Məclisdə danışıb.

O bildirib ki, universitet tələbələri imtahan zamanı ballarının məqsədyönlü şəkildə azaldılmasını və əlaçı təqaüdü almaqda çətinlik çəkdiklərini söyləyirlər. Bu halı yoxlamaq tərəfimdən mümkün olmadı. Amma şikayətsə varsa, problem olma ehtimalı var. Tələbələrin hüquqlarının qorunması üçün hyanslısa addımlar atılırmı?

Deputat o cümlədən deyib:

“Bu məsələni diqqətdə saxlamağı xahiş edirəm”.

Elmar

Gununsesi.info