“Iran International” nəşrinin İranın diplomatik mənbəsinə istinadən yaydığı məlumata görə, Cenevrədə İslam Respublikası ilə ABŞ arasında keçirilən danışıqlar dayandırılıb.
Buna səbəb Amerika tərəfinin uranın “sıfır zənginləşdirmə” səviyyəsinə endirilməsi və 60 faiz zənginləşdirilmiş uranın hamısının Vaşinqtona göndərilməsi tələbi olub.
Al Jazeera isə yüksək vəzifəli İran rəsmisinə istinadən bildirib ki, zənginləşdirmənin birdəfəlik dayandırılması, nüvə qurğularının sökülməsi və uran ehtiyatlarının ölkə xaricinə çıxarılması prinsipi tamamilə qəbuledilməz sayılır və rədd edilir.
Qeyd edək ki, İslam Respublikası ilə ABŞ arasında danışıqların üçüncü mərhələsi 26 fevral 2026-cı il tarixində Cenevrədə keçirilib.
Banu











