
Paytaxtın Binəqədi rayonunun Həmzə Babaşov küçəsini Nərimanov rayonunun Vladimir Mayakovski küçəsi ilə əlaqələndirən 26 nömrəli marşrutda istismar olunan avtobusların mərhələli qaydada yenilənməsinə başlanılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Belə ki, AYNA tərəfindən daşıyıcıya avtobus parkının yenilənməsi ilə bağlı verilən tapşırığa əsasən, 2025-ci il Çin istehsalı olan “Foton” markalı 5 müasir, komfortlu və iritutumlu avtobus iyulun 20-dən daşımalara cəlb ediləcək.
Qeyd edək ki, yaxın aylarda xətdə olan digər avtobusların da yenilənməsi təmin ediləcək.