Gəncədə qonşular arasında dava - xəsarət alan var

  • By Günel
  • 19 İyul 2025 08:46

Gəncə şəhərində qonşular arasında düşən dava xəsarətlə yekunlaşıb.

Gununsesi.info xəbər verir ki, 1967-ci il təvəlüdlü Bəxtiyar Qasımov ayaq nahiyəsinin kəsilmiş yarası ilə xəstəxanaya çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.

İlkin məlumata görə, adıçəkilən şəxs qonşusu ilə mübahisə edib və bu mübahisə əlbəyaxa davaya çevrilib.

Faktla bağlı araşdırma başlanılıb.

Gununsesi.info